14 oktyabr 2024
55

Ermənilər panikada: lokal döyüşlər gözlənilir

         “Azərbaycan üçün COP29-u ləğv etməmək son dərəcə vacibdir. Ona görə də nazir Həsənovun göstərişinə baxmayaraq, mən genişmiqyaslı əməliyyatların mümkünlüyünü yüksək hesab etmirəm”. Tribunainfo.az bildirir ki, bu fikirləri hərbi ekspert Davit Harutyunov səsləndirib.

Onun sözlərinə görə, tədbir noyabrın əvvəlində başa çatacaq. “Hesab edirəm ki, bundan sonra vəziyyət yavaş-yavaş dəyişə bilər. Çünki danışıqlar prosesi faktiki olaraq dalana dirənib və təcrübə göstərir ki, belə vəziyyətlərdə Azərbaycan tərəfi tez-tez güc tətbiq edir”.
Hartyunov düşünür ki, Azərbaycanın genişmiqyaslı əməliyyatlara getməyəcək. “Sərhəddə lokal təxribatlar ola bilər. Hazırda gərginliyin hansı istiqamətdə artacağını və hansı xarakter daşıyacağını söyləmək bir qədər çətindir. Amma bunun müharibə xarakterli olmayacağına demək olar ki, əminəm”.