15 avqust 2024
80
Azərbaycanda məşhur şirkətlər qrupundan milyonlarla manat geri çəkildi - YDM-ləri da SATIŞA ÇIXARILIB
Azərbaycanda tikinti şirkətlərinə və yanacaq doldurma məntəqələrinə sahib olan "MSDIS HOLDING" MMC nizamnamə kapitalını kəskin azaldır.
İqtisadiyyat.az-ın xəbərinə görə, şirkətlər qrupunun İdarə Heyətinin yığıncağında bununla bağlı qərar verib.
Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 manat olub.
Qeyd edilib ki, kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi ünvanda qəbul olunur.
Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, “MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.
Dia-az.İnfo əlavə edir ki, son günlər sözügedən şirkətə aid YDM-lər digər satış şirkətləri tərəfindən satın alınmaqdadır ki, bu da rəsmi çöküş fazası anlamını daşıyır.
Oxşar Xəbərlər:
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Saleh Məmmədovun 1870 manat maaşı ilə aldığı milyonluq obyektlər- Araşdırma
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Bakıda sotu 2 milyona torpağı kimlər satır, kimlər alır...