08 avqust 2024
36

Şimali Osetiyada üsyan: “Vladiqafqaz qəbiristanlıqları artıq dolub”

      ictimai təşkilat Respublika başçısı Sergey Menyaloya açıq müraciət edib. Xüsusilə, Ukraynadakı genişmiqyaslı müharibə zamanı yerli sakinlər arasında itkilərin açıqlanmasını, ölən hərbçilərə matəm elan edilməsini və “genofondun qorunması naminə Osetiya xalqının nümayəndələrinin” orduya çağırılmasını qadağan etmək təklifi ilə Putinə müraciət etmələrini tələb edirlər.
Yenimeydan.info   DW-yə istinadən xəbər verir ki, müraciəti “Alanya dəyirmi masası”nın rəhbəri Hacimat Canayti öz “VKontakte” səhifəsində yerləşdirib.

Mətndə deyildiyi kimi, “respublikada yerli əhalinin azalması geri dönməz xarakter alır” və Vladiqafqaz qəbiristanlıqları “artıq dolub”.

“Kavkaz.Realii” nəşrinin redaktorlarının açıq məlumatlara və nekroloqlara əsaslanaraq hesablamalarına görə, müharibə zamanı Şimali Osetiyanın artıq 598 sakini həlak olub. Bu arada, “Mediazona” və BBC 2022-ci ilin fevralından bəri Ukraynadakı müharibədə həlak olan təxminən 62 min rusiyalı hərbçinin adlarını müəyyən edib. Qeyd olunur ki, itkilərin real miqyası çox güman, daha böyükdür.