03 avqust 2024
98
YAP-ın ən varlı namizədlərindən birinin sərvətinin – TAM SİYAHISI
YAP-ın 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi bu dəfə də Məhəməliyev Nəsib Məhəmməd oğludur. O, V və VI çağırış Milli Məclisin üzvü olub. Eyni zamanda, parlament fəaliyyətinə qədər Bakının Nəsimi rayon icra başçısı vəzifəsini tutub.
Yenimeydan.info xəbər verir ki, Tribunainfo.az yazır ki, İH rəhbəri olduğu dövrdə adı hər zaman yaşıllıqların kəsilməsinə şərait yaratmaqda, obyekt tikintisinə sərəncam verməkdə, büdcə vəsaitlərinin mənimsənilməsində hallanıb. N.Məhəməliyev parlament üzvü olduğu dövrdə isə o qədər də aktiv fəaliyyəti ilə fərqlənməyib.
Balakən seçiciləri də deputatın işindən razı olmadıqlarını sosial şəbəkə hesablarında qeyd edirlər. Onların sözlərinə görə, Məhəməliyev deputat kimi seçiciləri ilə demək olar ki, maraqlanan biri olmayıb. İndisə hakim partiya yenidən onu namizəd irəli sürüb və Balakən seçiciləri deyirlər ki, rayonun əhali ilə işləyən bir millət vəkilinə ehtiyacı var. Sosial şəbəkə istifadəçiləri deputatın mediada yayılmış sərvətini və Balakəndəki biznesinin siyahısını tez-tez paylaşaraq bildirirlər ki, bu illər ərzində Məhəməliyev yalnız özünə işləyib.
Həmin siyahını təqdim edirik:
1 Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi.
2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi.
3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi.
4. Hənifə kəndindəki kərpic zavodu.
5. Balakən mərkəzi bazarı.
6. İcra hakimiyyətinin yanında kafe.