02 avqust 2024
61

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda… – Nazirlər Kabinetindən QƏRAR

      Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb. Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.