18 mart 2024
34

Stoltenberq Gürcüstanda Tiflislə Bakını qarışdırdı - Video

       Gürcüstanda səfərdə olan NATO Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında Tiflislə Bakını qarışdırıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bakıya qayıtmaq və yenidən burada olmaq xoşdur, çünki bu, bizim Gürcüstan və NATO arasında tərəfdaşlığa nə qədər dəyər verdiyimizi göstərir”, - Stoltenberq Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransındakı çıxışında deyib.
Məlumata görə, nə Gürcüstanın baş naziri, nə də NATO nümayəndə heyəti onun səhvini düzəltməyib.