12 iyul 2023
183
Ukrayna NATO-ya üzv ola biləcəkmi? – Zelenski və Stoltenberqdən mühüm açıqlama
NATO-nun Sammiti çərçivəsində Litvanın paytaxtı Vilnüsdə olan Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
Zelenski və Stoltenberq görüşdən sonra mətbuata açıqlama verilib.
“Ukraynanın NATO üzvlüyünə hər zamankindən daha yaxın olduğunu” ifadə edən Stoltenberq Vilnüsdə qəbul edilən qərarların NATO-Ukrayna münasibətlərində yeni başlanğıc olacağını bildirib.
Müttəfiqlərin bu gündən etibarən Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyi verməyə qərar verdiyini bildirən Stoltenberq atılacaq addımları sıralayıb.
Stoltenberq açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
“Mən Zelenski ilə müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm. Müharibə bitdikdən sonra biz Ukraynanın təhlükəsizliyi üçün mühüm tədbirləri təmin etməliyik”.
Birgə bəyanatla çıxış edən Zelenski deyib:
“Bu gün biz NATO-dan təhlükəsizlik zəmanəti almaq istərdik. Müdafiə yardım paketləri ilə bağlı yaxşı, çox müsbət xəbərlərimiz var. Sammitin nəticələri yaxşıdır, lakin NATO-ya üzv olmaq üçün dəvət ideal olardı. Ukraynanın müharibə şəraitində NATO-ya üzv ola bilməməsi başadüşüləndir”.

Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
KREML TƏCAVÜZÜNDƏN QURTULMAĞIN YEGANƏ YOLU NATO ÜZVLÜYÜDÜR… RUSİYA XALQINI NECƏ ALDADIR?