29 yanvar 2024
48

Tramp: Dünya III Dünya Müharibəsinin astanasındadır

        “Dünya üçüncü dünya müharibəsinin astanasındadır”.
Yenimeydan.info xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın Şərqdəki Amerika bazasına hücumdan sonra “Truth” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İordaniyadakı ABŞ hərbi obyektinə pilotsuz təyyarə ilə hücum, 3 ABŞ hərbçisinin ölümü və daha çoxunun yaralanması Amerika üçün dəhşətli bir gündür. Birləşmiş Ştatlara qarşı bu həyasız hücum Co Baydenin zəifliyi və təslim olmasının daha bir dəhşətli və faciəli nəticəsidir.