28 yanvar 2024
50

İran eyni anda kosmosa 3 peyk göndərdi

       İran bu gün “Simurq” raket daşıyıcısının köməyi ilə kosmosa eyni anda 3 peyk göndərib.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Raket daşıyıcısının İran Müdafiə Nazirliyi tərəfindən hazırlandığı bildirilib.
Qeyd edək ki, İran bu ilin yanvarın 20-də "Soraya" peykini orbitə çıxarmışdı.