16 yanvar 2024
53

SEPAH MOSSAD qərargahını vurdu – ABŞ-dan reaksiya

        İranın İraqın sabitliyini təhdid edən məsuliyyətsiz raket hücumlarına qarşıyıq.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X hesabında yazıb.
“İranın Ərbildəki hücumlarını şiddətlə qınayır və həlak olanların ailələrinə başsağlığı veririk. Biz İraq hökumətinin və Kürdüstan Bölgəsinin İraq xalqının tələblərini qarşılamaq üçün səylərini dəstəkləyirik”, - Miller bildirib.
Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib.