03 oktyabr 2023
278

VAŞİNQTON BAKI VƏ İRƏVANI DANIŞIQLARA ÇAĞIRIR

      Vaşinqton Bakı və İrəvanı danışıqlar masasına qayıtmağa çağırır.
Yenimeydan.info xəbər verir ki ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qarabağdan ermənilərin köçməsi məsələsinə və BMT-nin regiona göndərilmiş missiyasına toxunaraq bəyan edib ki, Vaşinqton Ermənistanın ittihamlarını qəbul edir.
“Biz vəhşilik iddialarına cavab vermək və onların baş verdiyinə dair sübutlar gördüyümüz zaman cavabdehləri məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik. Həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə ilə bağlı qərar dəlillərə əsaslanan prosesə əsaslanır, ona görə də bu tribunadan bu barədə qəti danışa bilmərəm”, – Miller bildirib.
100 minə yaxın erməninin Qarabağdan Ermənistana köçürülməsi ilə bağlı rəqəmlərə toxunan Dövlət Departamentinin sözçüsü qeyd edib ki, onların neçə faizinin Ermənistanda daimi qalmağı planlaşdırdığı və nə qədər adamın Qarabağa qayıtmaq istəyə biləcəyi bəlli deyil.Eyni zamanda, Metyu Miller BMT-nin müşahidəçi missiyasının Qarabağa göndərilməsini alqışlayıb və qeyd edib ki, ABŞ uzunmüddətli missiya məsələsində müttəfiqləri və tərəfdaşları ilə işləməkdə davam edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, sülhə nail olmaq üçün imkanlar var.
“Qarabağın statusundan kənarda Ermənistan və Azərbaycan üçün mübahisə doğuran digər məsələlər də var və biz onları bu məsələləri müzakirə etmək və son nəticədə həll etmək üçün sülh danışıqlarına qayıtmağa, masa ətrafında təşviq edərdik”, – Metyu Miller yekunlaşdırıb.