09 yanvar 2024
122

Üçüncü tərəf qarışmasa, Bakı ilə İrəvan sülh imzalayacaq – Açıqlama

          Yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim edib. Bu barədə Ermənistan        Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Hüquq müdafiəçisi Xəzər Teyyublu Tribunainfo.az-a bildirib ki, sülh danışıqları artıq ikitərəfli məktublaşma formatında gedir və hər hansı kənar müdaxilə yoxdur.

X.Teyyublu hesab edir ki, sülh mətni üzərində hələ də tam razılaşma olmadığı görünür: “Əlavə təkliflər göndərilməsi o deməkdir ki, Ermənistan yeni bəndlər irəli sürür. Görünür ki, sülh mətnini razılaşdırmaq üçün bir müddət də danışıqlara ehtiyac var. Əsas müsbət dinamika odur ki, ikili qaydada müzakirələr gedir, vasitəçiyə ehtiyac yoxdur. Bu prosesin məntiqi sonluğu isə sənədin imzalanmasıdır. Əgər tərəflər axıra qədər belə davam etsələr, moderator olmadan sülh müqaviləsi imzalana bilər”.