30 dekabr 2023
120

Nərgiz Hacıyeva ATU-dan niyə çıxarılıb?

 

Azərbaycan Tibb Universiteti (ATU) ilə keçmilş işçisi Nərgiz Hacıyeva arasında qalmaqal davam edir.


Qaynarinfo.az  xəbər verir ki, Nərgiz Hacıyeva bir müddət əvvəl işdən çıxarılıb. O, işdən çıxarılmasını qanunsuz hesab edərək məhkəməyə müraciət edib.
Nərgiz Hacıyevanın iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı olub. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Lakin Nərgiz Hacıyevanın iddiası təmin olunmayıb. O da öz növbəsində apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılacaq.
31 yanvar 2024-cü il tarixə məhkəmə baxış iclası təyin edilib.
 ATU-nun rektoru Gəray Gəraybəylidir. O, 2016-cı ildən bu vəzifədədir.