08 dekabr 2023
838

Lənkaranda restoranda DAVA: Qarabağ Qazisi xəstəxanaya yerləşdirildi

 


İki gün əvvəl Lənkaranda restoranda kütləvi dava olub.
Redaksiyamıza verilən məlumatına görə, hadisə Lənkaran rayon Parakənd kəndi ərazisində yerləşəşən Ceyranbulaq restoranında qeydə alınıb.Dava Lənkaran rayonundan olan 6 Qarabağ Qazisinin restoranda yemək yeyəndən sonra baş verib.
Verilən məlumata görə restoranda baş verən davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar vardır.
Zərərçəkənlərdən xəstəxanaya yerləşdirilən olduğu bildirilir. Hadisə barədə polisə məlumat verilib.
Baş vermiş insidentlə bağlı Lənkaran rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.