23 may 2023
18
Gümrüdə polis idarəsinə qumbara atıldı - Xəsarət alanlar var
Yenimeydan.info xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs polis idarəsinə qumbara atıb.Qısa zamanda bina boşaldılıb, işçilər təxliyə edilib.
"Bəzi əməkdaşlar qəlpələrdən yüngül xəsarət alıb, qumbaranı partladan şəxs həbs edilib", - KİV-də qeyd olunub.
