24 noyabr 2023
777

72 nəfər də Füzuliyə yola salınır

72-nefer-de-fuzuliye-yola-salinir

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Yenimeydan.info xəbər verir ki, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.