24 avqust 2023
180
Alı Alıyev haqda ŞOK FAKT: Şikayətçilər belə SUSDURULUR..
Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Füzuli şəhərinin ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı bu günlərdə də davam etdirilib. Sonuncu köç karvanı avqustun 21-də baş tutdu ki, həmin köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən yola salındı. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə, yəni — 68 nəfər köçürülür. Düzdür, köçürülmələr həyata keçirilsə də, sakinlərin yaşam tərzi, üz-üzə qaldıqları çoxsaylı problemlər və s. bu gün də insanlarda ümidsizlik, kütləvi narazılıq hissi yaratmaqdadır. Məsələn, gundemxeber.az-a daxil olan məlumatlara görə xeyli müddət bundan öncə Füzuli rayon mərkəzində 7 mərtəbəli yaşayış binası inşa olunur və həmin binanın 4-cü mərtəbəsi 16 ailəyə, yəni təqribən 90 nəfər şəxsə verilir. Amma, 4-cü mərtəbənin sakinləri içməli su, mavi qaz, elektrik enerjisi və s. kimi problemlərlə üz-üzə qalırlar. Belə bir problemlərin aradan qaldırılması ilə bağlı sakinlərin Füzuli RİH-nin başçısı Alı Alıyevə ünvanladıqları müraciətlər, etdikləri çoxsaylı xahişlər heç bir nəticə vermir. Elə ki, 4-cü mərtəbədə yerləşdirilən 16 ailənin sakinləri bu gün Prezident İlham Əliyevin Fizuli rayonuna səfər edəcəyi haqda məlumatlı olurlar, o halda onlar ölkə rəhbərini üz-üzə qaldıqları problemlərin varlığı haqda məlumatlandırmaq qərarına gəlirlər. Düzdür, sakinlər belə bir qərarlarını verirlər, amma RİH-nin başçısı Alı Alıyev isə fərqli qərarını verir. Yəni, rayon rəhbərliyi vəzifə səlahiyyətindən sui-istifadə edib, güc sturukturlarının köməkliyi ilə 16 ailənin 35 nəfər aktiv üzvünü məcburi qaydada MRX-na yerləşdirir və xəstəxananın giriş qapılarını tam şəkildə bağlatdırır. Rayon rəhbərliyinin belə bir addımını atmaqda əsas məqsədi o olur ki, həmin sakinlərin narazılıqları haqda ölkə rəhbərinə heç bir məlumat çatdırılmasın. Bununla da Alı Alıyev sakinlərin Prezidentə edəcəkləri şikayətlərin qarşısını almağa çalışır. Amma, o, onu unudur ki, 35 nəfər şəxsi “girov götürmək”lə, yaxud da onlara hansısa formada təzyiq göstərməklə, baş qaldıran kütləvi narazılıqların qarşısını almaq heç mümkün olmayacaq. Çünki, cənab Başçı bilməlidir ki, yerin də “qulağı var”.
Mövzu diqqətimizdədir.
Dəryaz.az
Oxşar Xəbərlər:
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam
Bu uşaqların ailələrinə müavinət ödəniləcək – RƏSMİ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ
Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...