04 noyabr 2023
1 877
İşsizlikdən sığorta pulu alanların nəzərinə!
Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır.
Yenimeydan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək:
“Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanizminin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını bir az da artıra biləcəyik”.
Nazir eyni zamanda bildirib ki, son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər:
“Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq”.
Oxşar Xəbərlər:
Hansı banklarda kredit şərtləri DAHA AĞIRDIR? - ARAŞDIRMA
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
Ucar Sakini Prezidentə müraciət etdi: " Cənab Prezident ƏƏSM nazirliyi bizimlə oyun oynayır...."
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat