30 oktyabr 2023
242

HƏMAS-ın əsir götürdüyü 22 yaşlı qız öldü

 

 Oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS silahlıları tərəfindən musiqi festivalından qaçırılan Almaniya vətəndaşı Şani Luk ölüb.
Yenimeydan.info xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalına onun anası bildirib.

İsrail hərbçiləri qızının ölümü barədə ona məlumat veriblər: “Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı xəbərini aldıq”.

Hələlik bu məlumat rəsmi şəkildə təsdiq edilməyib.




Rikarda Luk 22 yaşlı qızını bir neçə HƏMAS yaraqlısı arasında pikapda yarıçılpaq halda üzü üstə uzanan videoda tanıyıb. Terrorçulardan biri ayağını qızın belinə atıb, ikincisi isə onun saçından tutub. Bundan sonra onu naməlum istiqamətə aparıblar.

Şani Luk Almaniya və İsrail vətəndaşlığına malikdir, bir neçə dəfə Baden-Vürtemberq əyalətinin Ravensburq şəhərində baba və nənəsinə baş çəkib.

Oktyabrın 7-də səhər saatlarında Fələstinin radikal HƏMAS hərəkatının silahlıları İsraildə Nature Party elektron musiqi festivalının iştirakçılarına hücum ediblər. Həmin gün ən azı 260 nəfər həlak olu