26 oktyabr 2023
432

Rusiyanın nüvə gəmisi “buz tarlası”ndan BELƏ KEÇDİ – VİDEO

      Rusiyanın “Ural” atom buzqıran gəmisinin Qara dənizdəki “buz tarlası”ndan keçdiyini əks etdirən görüntülər yayımlanıb.Görüntülər atom gəmisi kapitanının baş köməkçisi Nikita Boyev tərəfindən çəkilib və “Atomflot” “Telegram” kanalında paylaşılıb.
Kadrlardan görünür ki, yuxa şəklində buz parçalarından ibarət olan “buz tarlası” üfüqə qədər olan bütün məkanı tutur. Videoda gəminin suda üzən buz parçalarının içindən heç bir çətinlik çəkmədən keçdiyi əks olunur.
Qeyd edək ki, “yuxa buzlar” su səthinin donmasının ilkin mərhələsində meydana gəlir və kiçik buz hissəciklərinin birləşməsindən yaranır.//Oxu.az