01 fevral 2023
168

AMERİKANIN TƏYYARƏDAŞIYAN GƏMİSİ YUNANISTANA GƏLİR

ABŞ-ın “USS George HW Bush” təyyarədaşıyan gəmisinin cümə günü Pirey limanına yaxınlaşacağı gözlənilir.Yenimeydan.info xəbər verir ki, Yunanıstan mətbuatında çıxan xəbərlərə görə, ABŞ Təyyarədaşıyan Gəmisinin ekipajının bir neçə gün istirahət etməsi üçün gəmi Pirey limanında lövbər salacaq.
Eyni səbəbdən, “USS George HW Bush” keçən ilin oktyabrında ABŞ-ın hərbi dəniz bazasının yerləşdiyi Kritdəki Suda limanına yanaşmışdı.
Pirey limanında intensiv hazırlıqların aparıldığını bildirən “enikos.gr” xəbər saytı Yunanıstan-ABŞ əlaqələrinin hər zamankındən daha çox inkişaf etdiyinə və Aralıq dənizində seyr edən “USS George HW Bush” gəmisinin lövbər saldığına diqqət çəkib.
Yunanıstana təxminən 4 ayda ikinci dəfə hər istiqamətdə əhəmiyyətli mesajlar verdiyini söylədi. O, həmçinin Yunanıstan freqatının ABŞ təyyarədaşıyan gəmisini Pirey limanına qədər müşayiət edəcəyini yazıb.
Dünyanın ən böyük təyyarə gəmiləri arasında yer alan və istehsalına 2003-cü ildə başlanan Nimitz sinifli “USS George HW Bush” 2009-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə qatılıb. Nəhəng təyyarədaşıyan gəminin uzunluğu 330 metr, eni isə 77 metrdir.