10 oktyabr 2023
257

Bu supergüclər İsrailə tam dəstək verdi

 Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransa liderləri birgə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, HƏMAS-ın hərəkətlərini pisləyib və İsrailə tam dəstək ifadə ediblər.
Axar.az xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Liderlər birlikdə ən təcili siyasi təşəbbüsləri müzakirə ediblər. Xüsusilə, girovların həyatının qorunmasının mütləq prioritet olduğu, diplomatik səylərin bunun üzərində cəmlənəcəyi qeyd edilib”, - məlumatda bildirilib.
Tərəflər İsrailin özünümüdafiə hüququnu təsdiqləyərək, böhranın regional miqyasda yayılmasının qarşısını almaq və münaqişədən zərər çəkmiş mülki əhalinin müdafiəsini təmin etmək üçün çalışmağın vacibliyini vurğulayıb.