18 sentyabr 2023
335
ABŞ İran siyasətini dəyişdi: yeni mərhələ başlayır
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Qinqriç İran və ABŞ əlaqələrindən narahatdır. O, hətta Ağ Evi Amerikada 11 sentyabr hücumlarını törədənlərə yardım etməkdə ittiham edib. Bu cür ittihamlar Amerikanın müxtəlif məsulları tərəfindən dəfələrlə səslənib. Birləşmiş Ştatların buna əhəmiyyət verməməsinin isə səbəbləri var.
Bu sözləri Axar.az-a güneyli jurnalist Əli Süleymani ABŞ və İran arasında başlayan yeni dövr haqqında danışarkən deyib.
Vaşinqtonun Tehranla münasibətləri müsbət məcrada davam etdirmək fikrində olduğunu deyən Süleymani bildirib ki, iki ölkə arasında buzların əriməsi müxtəlif formalarda şərh edilir:
“Bir vaxtlar taliblər Amerika dövlətinə təhlükə sayılırdı. Zaman keçdikdən sonra onların münasibəti dəyişdi. Talibanla anlaşmalar əldə olundu. Eləcə də İran hökuməti ilə ticari, iqtisadi əməkdaşlıq əsas məsələyə çevrilib. Dünyada əvvəl mövcud olan istismar düşüncəsi arxa plana keçib. Amerika İranla anlaşmaq ərəfəsindədir. Bu siyasət xətti həm Demokratlar, həm də Respublikaçılar əsas kurs olaraq götürüb. Hər ikisi Tehranla sövdələşmənin tərəfdarıdır. Faktları nəzərə alaraq, İranı cəzalandırmaq niyyətində deyillər. Yumşaq siyasət yürütməkdən yanadırlar. Hesab edirlər ki, müharibə və güc tətbiqi onlar üçün maddi cəhətdən sərf etmir. Üzdə radikal mövqe sərgiləsələr də, arxada öz planlarını irəli çəkməklə məşğuldurlar”.
Siyasət dünyasında dostluq və düşmənliyin əbədi olmadığını deyən güneyli jurnalist vurğulayıb ki, ABŞ ümumi dövlət maraqları naminə İranla bağlı planlarında dəyişiklik edir:
“Hətta Tramp dönəmində də İranla anlaşmağın tərəfdarı idilər. Lakin Tehran özü anlaşmaya getmədi. Tramp Şahın oğlunu dəstəkləyirdi. Demokratlar isə balansı saxlamaq üçün İran müxalifəti ilə deyil, rejimin özü ilə anlaşmadan yanadırlar. Hərdən İrana təzyiq etmək və nəzarətdə saxlamaq üçün keçmiş mövzuları gündəmə gətirirlər. Lakin köhnə sənədləri üzə çıxarıb, İrana qarşı ciddi iddialar qaldırılmasının şahidi olmamışıq. Daha bu cür siyasət işləmir. İndi anlaşmaya daha çox üstünlük verirlər və bu siyasət daha effektiv sayılır”.

Oxşar Xəbərlər: