17 sentyabr 2023
228

SOCAR Adnan Əhmədzadədən Britaniyalı super modelə 6 milyon manatlıq ad günü hədiyyəsi - Video


Azərbaycanda "neft "oğrusu" kimi  tanınan qeyri-rəsmi milyonçu Adnan Əhmədzadə britanyalı super model və aktrisa, müğənni Naomi Kempbell-in ad günündə iştirak edib.
44Gun.Az Azinform.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə bu möhtəşəm gecəyə öz xanımı ilə qatılıb.  A. Əhmədzadə xarici müğənniyə 2.5 milyon funt sterlinq dəyərində hədiyyə alıb. Bu bizim pulla təxminən 6 milyon manat edir.
Hal-hazırda özünü dünyaya iş adamı kimi təqdim edən Adnan Əhmədzadə bu pulları hardan alıb?!
Adnan Əhmədzadə 2006-cı ildən 2022-ci ilin dekabr ayına kimi "SOCAR"da yüksək vəzifədə çalışmışdır. Azərbaycan neftini xaricə daşıması, qeydiyyatsız satması, mediada əsaslı sübutlarla yayımlanan məqalələrdə öz əksini tapmışdır.
Naomi Kempbell-in doğum günü partisindən ekskluziv görüntüləri sizə təqdim edirik: