20 fevral 2023
257

Laçında SOCAR-ın yanacaq stansiyası istifadəyə verildi

 azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə SOCAR Petroleum QSC Laçın şəhərində "SOCAR" brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.
Yenimeydan.info xəbər verir bu ki, bu barədə “SOCAR Petroleum” məlumat yayıb.
Bildirilir ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. Aİ-92 markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
“SOCAR Petroleum"un məlumatına görə, eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artmasını nəzərə alaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.