11 sentyabr 2023
369
Hesablama Palatası "Azərbaycanfilm"də yoxlama aparır
Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.
Yenimeydan.info-nun məlumatına görə, kinostudiyanın direktoru Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.
"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.
Oxşar Xəbərlər:
TƏBİB sədri buraları rəsmən himayə edir - İLGİNC İDDİALAR...
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı
Saatlı GEM-in direktoru 8 gündə 24 nəfər işçisini necə “yoxa çıxarıb”?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI