06 sentyabr 2023
164

Səlim Müslümovdan xəbər var

   Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Prosesdə məlum olub ki zərərçəkmiş tərəfin nümayəndəsi iclasa qatılmayıb.
S.Müslümovun müdafiəçiləri məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakının təmin olunmasını istəyib. Vəkil həmçinin qeyd edib ki, vəkillər sonuncu məhkəmənin protokolu ilə tanış olmayıb. Vəkil müdafiə tərəfinə sonuncu protokolla tanış olmaq üçün vaxt verilməsini xahiş edib.
Dövlət ittihamçısı da vəsatəti müdafiə edib.
Vəsatət təmin edilib.Hakim F.Qəniyev bildirib ki, məhkəmə tərkibində təmsil olunan hakimlərdən biri qısamüddətli məzuniyyətə getdiyi üçün proses oktyabrın 4-nə təyin edilib.