01 sentyabr 2023
199

Rusiya Kurildəki köhnə texnikalara möhtac qaldı

                                                               Rusiya 2020-ci ildən Kuril adalarına yerləşdirdiyi zenit-raket komplekslərini ərazidən çıxarıb. Hərbi texnikaların Ukraynaya qarşı müharibədə istifadə olunması üçün aparıldığı ehtimal edilir.
Yenimeydan.info xəbər verir ki, bu barədə “Kyoda Nyus” məlumat yayıb.
Tokio Universitetinin hərbi eksperti Yu Koidzumi bildirib ki, ötən və builki peyk görüntülərinə əsasən, çıxarılan texnika S-300V4 kompleksləri, radarları və digər avadanlıqları olan çoxlu sayda daşıyıcı ola bilər:
“Bu hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş raket bölmələri İtorofudakı Hitokappu körfəzində və Kunaşiri Furukamappu mərkəzi yaşayış məntəqəsi yaxınlığında yerləşdirilib”.
Ekspertin fikrincə, ruslar Kuril adalarından köhnə tankları və topları da götürüblər:
“Saxalindəki hərbi obyektdə saxlanılan silahlar və Uzaq Şərqdən olan qoşunlar da Ukrayna cəbhəsinə gedəcək. Vladivostokda yerləşən elit dəniz piyada briqadası döyüşdə ağır itki verib, İturupu və Kunaşir adalarının bəzi sakinləri səfərbər olunduqdan sonra həlak olub”.