01 sentyabr 2023
261
Aqil Nəzərli də QANUN HƏRLƏMİR... - BU DA FAKT!!!
Laçın Rayon İcra Hakimiyyətinin "Hacılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hacılar obasında (Mal yatağı, Orta yatağ, Səlimin yatağı) obalararası və obadaxili yolların cari təmir işləri"nin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.
Yenimeydan.info-nun 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC olub. Tərəflər arasında 68.634,7 AZN-lik müqavilə imzalanacaq.
Tenderə əsasən Sahələrin mexanikləşdirilmiş üsulla planlaşdırılması, Təbii qum-çınqıl qatışığı, Əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, Təbii qum-çınqıl qatışığı və.s satın alınmalıdır.
Əldə etdiyimiz məlumata görə, "Avtoyoltikintiservis" MMC-nin hazırda 4260.20 AZN vergi borcu var.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN şirkətin qanuni təmsilçi RAMİN MƏMMƏDOV ADİL OĞLUdur.
Xatırladaq ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir.
Oxşar Xəbərlər:
Həbs olunan Ramin İsayevin şantaj əməlləri...-DE-FAKTO
Üç şirkətin rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB
Tibbi Sığorta Agentliyindən 11 ay ərzində 20 milyonluq tender udan “ORN GROUP” kimə məxsusdu?
Xızının “acgöz” yolları – 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI