31 avqust 2023
291

Türkiyədə təhsil alacaq tələbələrə müraciət!

 Türkiyədə təhsil almağa başlayan əcnəbi tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində bu ölkənin Sosial Müdafiə Qurumuna (SGK) müraciət edərək, tibbi sığorta oluna bilərlər.
Yenimeydan.info  xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi məlumat yayıb.
Qeyd edilib ki, tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində yazılı olaraq müraciət etmədikləri təqdirdə təhsil alacaqları müddətdə bir daha SGK-da sığorta oluna bilməyəcəklər.
Bildirilib ki, SGK tibbi xidmətlərin böyük əksəriyyətini qarşılayır