25 avqust 2023
186

Laçının Zabux kəndinə ilk köç başladı - Fotolar

   Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan                                    Zabux kəndinə ilk köç karvanı yola salınıb.
 
 Yenimeydan.info  xəbər verir ki, avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub.İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
Mediatv.az AzərTac-ın lentə aldığı fotoları təqdim edir: