24 avqust 2023
210

Quru sərhədlərinin açılması: “Hökumət bu addım atılmalıdır, amma…”


  “Sərhədlərin açılması üçün müraciətlərin olunması realdır, əhali əziyyət çəkir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 1000-dən çox Gürsüstan vətəndaşının sərhəddin açılması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciətindən danışarkən deyib.

Ekspert sərhədlərin bağlı olmasının ən böyük fəsadı ölkə iqtisadiyyatına dəydiyini qeyd edib:

“Əslində, bu addım atılmalıdır. Amma sual olunur, hökumət bu addımı nə vaxt atacaq? Onu demək çətindir. Çünki Azərbaycan hökumətinin sərhəddi nəyə görə bağlı saxladığını bilmirik. Azərbaycan hökumətinin bu barədə açıqlaması yoxdur”.


Akif Həsirli hesab edir ki, quru sərhədlərin açılması ilə bağlı Azərbaycan hokumətinin bu istiqamətdə qərarı yoxdur:

“Amma əslində hökumət hər an sərhəddi aça bilər. Sərhəddin bağlanma səbəbi koranavirus pandemiyası ilə bağldır. Artıq Ümumdünya  Səhiyyə Təşkilatı may ayından etibarən koranavirusla bağlı pandemiyanın başa çatdığını elan edib. Ona görə də Azərbaycan hökuməti sərhəddin açılması prosesini sürətləndirə bilər. Çox təəssüflər olsun ki, iyun, iyul, avqust ayı da çıxıb. 3 aydır ÜST pandemiya ilə bağlı statusunu aradan qaldırsa da, Azərbaycan hələ də sərhədlərini açmır”.

Qeyd edək ki, mindən çox Gürcüstan vətəndaşı sərhədlərin açılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.