24 avqust 2023
104

Priqojinin təyyarəsi bu sistemlə vurulub – MKİ

                                                         Göyərtəsində “Vaqner” rəhbəri Priqojinin də olduğu "Emraer" şəxsi təyyarəsi Rusiya hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.
 

Yenimeydan.info xəbər verir ki, bu barədə “Finance Times” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbəyə istinadla yazıb.
Bundan öncə “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” kanalı da eyni iddianı tirajlayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarə Tver vilayətində qızaya uğrayıb.

Qəza zamanı təyyarənin göyərtəsində olan 10 nəfərin hamısının öldüyü bildirilir. Sərnişinlərin siyahısında “Vaqner” rəhbəri Y.Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin də var.