24 avqust 2023
90

Nazir müavininin atasına qarşı 13 milyonluq DƏLƏDUZLUQ

Nazir müavininin atasına qarşı
Rusiya energetika nazirinin müavininin atasına qarşı 13 milyon rubldan çox (təxminən 234 min manat) dələduzluq edilib.

Yenimeydan.info   Lent.az-a istinadla bildirir ki, zəng edən şəxs özünü Mərkəzi Bankının əməkdaşı kimi təqdim edərək naməlum şəxslərin onun bank hesabına daxil olmağa çalışdığını bildirib.

İddialara görə, pulu qorumaq üçün cinayətkar onların çıxarılaraq FSB əməkdaşına təhvil verilməsini təklif edib. O, “bank işçisi”nin verdiyi məlumata görə, Mərkəzi Banka pul köçürməli olub. Beləliklə, təqaüdçü 12 milyon rubldan çox pul itirib.

Fırıldaqçılar onu telefonunu uzaqdan idarə etmək üçün proqram yükləməyə inandırdıqdan sonra təqaüdçü daha bir milyon rubl itirib.