23 avqust 2023
115

ÜST MEYMUN ÇİÇƏYİ XƏSTƏLİYİ BARƏDƏ AÇIQLAMA YAYDI

  ÜST meymun çiçəyi xəstəliyinin insandan insana ötürülməsini aradan qaldırmaq üçün strategiya hazırlayır.
Yenimeydan.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı may ayında meymun çiçəyi epidemiyasına görə 2022-ci ilin avqustunda tətbiq edilən fövqəladə sağlamlıq vəziyyətini ləğv etdi.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-2027-ci illərdə meymun çiçəyi xəstəliyinin insandan insana ötürülməsinin aradan qaldırılmasına nail olmaq üçün qlobal strateji çərçivə hazırlayır.
Sənəddə deyilir: “ÜST, Çiçək xəstəliyinin insandan insana ötürülməsinə nəzarətin gücləndirilməsi və aradan qaldırılmasına nail olmaq üçün (2023-2027) Qlobal Strateji Çərçivəni hazırlayır, bu çərçivədə ÜST-yə üzv dövlətlər, tərəfdaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr aparılır”.Məqsəd xəstəliyin qlobal yayılmasının yenidən başlanmasının qarşısını almaqdır.