23 avqust 2023
119

Siz azərbaycanca danışanda başa düşürəm - Mirziyayev

Bir daha deyirəm, bugünkü görüşümüzə şadam, ondan məmnunam. Bütün azərbaycanlı dostlarımıza daha çox görüşməyimizi arzulayıram. Hörmətli İlham Heydər oğlu ilə görüşlərimiz isə bizim razılaşmalarımıza yalnız müsbət təsir göstərəcək və onlar öz həllini tapacaq. Öz növbəmdə bunu demək istəyirəm və kütləvi informasiya vasitələri bilməlidir ki, mən hər görüşümüzdən məmnun qalıram, çünki onların nəticəsi çox böyükdür.
Axar.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.
“İlham Heydər oğlu, bir müddət keçəcək, bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq.
İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik”, - deyə o bildirib.