22 avqust 2023
175
LƏNKƏRANDA QƏRİBƏ HADİSƏ – BAŞÇI RAZILIQ VERİB Kİ…
Lənkəranın Füzuli küçəsi, 7 ünvanında tikilən yaşayış binasına görə poçtun ərazisinə qanunsuz müdaxilə olub. Yenimeydan.info cumhuriyyet.net-ə istinadla xəbər verir ki, binanın arxasındakı poçt şöbəsinin həyətində icazəsiz və qanunsuz şəkildə qazıntı aparılıb. Hadisə istirahət günü, yəni hamıdan gizlin həyata keçirilib. Bazar ertəsi poçt işə başlayanda məlum olub ki, qazıntı rabitə xətlərini zədələyib. Nəticədə Lənkəranın 2 saylı, 4202 nömrəli poçtunun fəaliyyəti iflic olub. Xəbərə görə, hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır. Tikintiyə Hünər Hadızadə və Hikmət Əsədov adlı şəxslər rəhbərlik edirlər. Bildirilir ki, Lənkəranın icra başçısı Taleh Qaraşovu razı salmaq bu iki şəxsin iradəsi çatan məsələ deyil. İddialara görə, həmin tikintinin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oğlu dayanır. İH və adı keçən tərəfin mövqeyini dəqiqləşdirməyə hazırıq.
Oxşar Xəbərlər:
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
BAŞ PROKURORLUQ NİYƏ YALAN MƏLUMAT YAYAN TALEH QARAŞOVA XƏBƏRDARLIQ ETMƏDİ?
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI