19 avqust 2023
313

İcra Başçısı Malik İsaqovdan İLGİNC yaşıllaşdırma işləri - Ötən il də eyni işə görə tender elan etmişdi

İcra Başçısı Malik İsaqovdan İLGİNC yaşıllaşdırma işləri
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

DİA.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur.

Xatırladaq ki, Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi. "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.

Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.