17 avqust 2023
145

Prezidentdən Kəlbəcərlə bağlı - Sərəncam

prezidentden-kelbecerle-bagli

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri                     üçün maliyyə vəsaiti ayrılması haqqında sərəncam imzalayıb.

 Yenimeydan.info xəbər verir ki, sənədə əsasən, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80,0 (səksən) milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.