12 avqust 2023
221

LAVROV AĞDAM YOLUNUN AÇILMASINI TƏKLİF EDİB – “Bakı geri çəkilmir”


Rusiyanın “Kommersant” qəzeti dövlət strukturunun bir məmuruna istinadla yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağa humanitar yüklərin gətirilməsi ilə bağlı mübahisənin aradan qaldırılması üçün Ağdam və Laçın yollarının açılmasını təklif edib.
Həmin məmurun sözlərinə görə, bu təkliflə əvvəlcə həm Azərbaycan rəsmiləri, həm də separatçılar razılaşıblar.
Regionda yaranmış vəziyyətlə tanış olan bu məmur deyib ki, Lavrov əvvəlcə Ağdam yolunun açılmasını və bu yolla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçilyi ilə bütün lazımi yüklərin gətirilməsini və düz bir sutkadan sonra Laçın dəhlizində hərəkətin bərpasını təklif edib.Lakin Rusiya məmurunun sözlərinə görə, separatçılar Laçın yolunun bir gün sonra deyil, eyni gündə açılmasını və Qarabağa Azərbaycan mənşəli malların gətirilməməsini tələb ediblər. Bunun ardınca isə Vaqif Xaçaturyanın saxlanması baş verib və nəticədə kompromis alınmayıb.
“Kommersant” qəzetinin müsahibi deyib ki, Moksva vəziyyəti “çox ağır” olaraq qiymətləndirir və Bakının heç bir güzəştə hazır olmadığını düşünür: “Vəziyyəti sakitləşdirmək üçün bizim, qərblilərin, beynəlxalq təşkilatların bütün cəhdləri heç bir fayda vermir. Bakı geri çəkilmir”.
Məmurun sözlərinə görə, bu gərginliyin sonunda Ağdam yolu açılacaq.