09 avqust 2023
183
“FETÖ-nun Azərbaycanda passiv mövqedə olan tör-töküntüləri var”
“Dünən daha bir nəfər FETÖ ilə əlaqəli şəxs qismində Azərbaycana gətirilib. Heç kəsə sirr deyil ki, FETÖ Türkiyədə terror təşkilatı kimi tanınıb və bununla mübarizə istiqamətində çox ciddi addımlar atılıb, həbslər həyata keçirilib. Bunlar bəlli həqiqətlərdir”.Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili ötən gün FETÖ üzvü olmaqda təqsirləndirilən və Türkiyədə yaxalanıb Azərbaycana ekstradisiya edilən Fariz Qasımovdan sonra bu qruplaşmanın digər üzvlərinə qarşı həyata keçirilməsi planlaşdırılan həbslərdən söz açıb.
E. Nəsirov xatırladıb ki, Azərbaycan və Türkiyə isə qardaş və dost dövlətlərdir və belə olan təqdirdə, Türkiyə üçün terror təşkilatı olan qruplaşma bizim üçün terror təşkilatı deməkdir:
“Ona görə də FETÖ-nun bütün uzantılarına qarşı mübarizənin aparılması təbiidir. Azərbaycan da bu istiqamətdə Türkiyənin yanındadır. Eyni zamanda bu, Azərbaycanın özünün milli təhlükəsizlik məsələsidir. Daha bir nəfərin də həbs edilməsi ona işarədir ki, bu proses davam etdiriləcək. Ola bilməz ki, 1-2 nəfərlə FETÖ-nun Azərbaycandakı fəaliyyəti məhdudlaşsın. Onlardan bir qismi ola bilər ki, passiv vəziyyətdədir”.
Milli Məclisin deputatı qeyd edib ki, onlar fəaliyyətlərində çox zaman gözləmə mövqeyində olurlar ki, dirijor çubuğu ilə sonda hərəkətə keçsinlər:
“Biz bunu Türkiyədəki məlum dövlət çevrilişinə cəhd prosesində gördük. Ona görə də ölkəmizdə preventiv addımlarım atılması çox əhəmiyyətlidir. İstisna deyil ki, Azərbaycanda FETÖ-nun fəaliyyəti məhz 2 nəfərlə məhdudlaşsın. Ola bilər ki, FETÖ-nun passiv gözləmə mövqeyində olan tör-töküntüləri də var ki, onlara qarşı da mübarizə aparılır”.
Müsahibimiz aydınlaşdırıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə koordinasiya olunmuş fəaliyyət göstərirlər:
“Həm Azərbaycan polisi, həm də DTX əməkdaşları öz missiyalarını şərəflə yerinə yetirirlər, peşəkardırlar. Mən perspektivdə bu istiqamətdə müvafiq addımların atılacağını və yeni həbslərin olacağını istisna etmirəm. Ona görə də öncədən konkret fikir söyləmək çətindir, amma hər halda heç kəsdə şübhə qalmasın ki müvafiq qurumlarımı iş başındadır və öz vəzifələrini ləyaqətlə icra edirlər”
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Ali Attestasiya Komissiyasında diplom alveri-ÖZƏL
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
“AMEA-dakı pul yeyintilərindən şikayətçi olduq, özümüzü həbs etdilər” - Arxeoloqun məhkəməsi
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat