28 iyul 2023
212

İSRAİL AYAQDA – ETİRAZLAR DAVAM EDİR

  Paytaxt Təl-Əvivdə İsraildə baş nazir Binyamin Netanyahu hökumətinin qəbul etdiyi mübahisəli məhkəmə qaydasına qarşı  etiraz nümayişləri bu gün də davam edib.                                                                                         Yenimeydan.info NTV-yə istinadən xəbər verir ki, Paytaxt Təl-Əvivin ən işlək yerlərindən biri olan Rotşild küçəsində minlərlə israilli bayraqlar, nizam-intizam əleyhinə plakatlar, truba və fitlər çalaraq toplaşıb.
Nümayişçilər Rotşild küçəsindən Netanyahu hökumətinə qarşı etirazların simvoluna çevrilən Kaplan küçəsinə qədər yürüş ediblər.
Yürüş zamanı bəzi nümayişçilər əllərindəki rəngli məşəlləri rayon ərazisində Müdafiə Nazirliyinə doğru atıblar.
İsrail polisi yürüş boyu sıx təhlükəsizlik tədbirləri görüb. Nümayişçilər Təl-Əvivin əsas arteriyası olan Ayalon şossesinə keçmək istəyən zaman polis onlara mane olub. Bəzi yerlərdə İsrail polisi ilə nümayişçilər arasında toqquşma baş verib.
İsraildə Ali Məhkəmənin icra hakimiyyəti üzərində nəzarətini məhdudlaşdıran qanun layihəsi müxalifətin reaksiyalarına baxmayaraq, bazar ertəsi parlamentdə təsdiqlənib.
İsrail Ali Məhkəməsi qanunun ləğvi ilə bağlı müraciətlərə sentyabrda baxacağını açıqlayıb.