28 iyul 2023
199

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev avqustun 4-də saat 10:00-da Quba Rayon Prokurorluğunun inzibati binasında Quba, Qusar və Xaçmaz rayon sakinləri ilə görüşəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Yenimeydan.info-ya bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlə