25 iyul 2023
170
İsa Qəmbər Ali Məhkəməyə müraciət etdi
“Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə pensiya təyin olunması ilə bağlı şikayəti təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Biz də Ali Məhkəməyə müraciət etmişik. Hələ ki prosesin vaxtı açıqlanmayıb”.
Bu sözləri açıqlamasında İ.Qəmbərin vəkili Nemət Kərimli deyib.
Xatırlatma: 2022-ci ilin mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri isə bu şərtlərə uyğun gəlmir. İ.Qəmbər pensiya yaşına (65 yaş) 2022-ci il fevralın 24-də çatıb. Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsində İ.Qəmbərin şikayəti üzrə keçirilən məhkəmə prosesi heç bir nəticə verməyib. Məhkəmə qarşısında İsa Qəmbərə Milli Məclis sədrinin 80% maaşı miqdarında pensiya təmin edilməsi iddiası qaldırılmışdı. Yeri gəlmişkən, parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80%-i 2840 manat edir.

Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Vüqar Səfərlinin övladları yenidən əmlaklarının geri qaytarılmasını istəyir - DETALLAR
Bu uşaqların ailələrinə müavinət ödəniləcək – RƏSMİ
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat