15 iyul 2023
228

Britaniya KƏŞFİYYATI: “Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır”


Getdikcə daha çox rus zabiti Rusiya Federasiyasının hərbi rəhbərliyindən narazılıqlarını ifadə edirlər. Tənqidlər müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib.
Yenimeydan.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı Zaporojye istiqamətində 58-ci işğalçı ordunun qüvvələrinə komandanlıq edən rus generalı İvan Popovun qovulması ilə bağlı vəziyyəti təhlil edib.
Kəşfiyyat məlumatlarına görə, Popov döyüş meydanında zəif nəticələrə görə deyil, Şoyqunu tənqid etdiyinə görə işdən çıxarılıb. Bu vəziyyət Rusiya ordusunun zabitləri arasında ciddi narazılıqdan xəbər verir. 
Hesabatda deyilir: “Tabeliyində olanların birbaşa tənqidi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Gerasimov üçün böyük problemə çevriləcək”.