15 iyul 2023
234
Binəqədidə yaşayış binalarını 10,3 milyon manata bu şirkətlər tikəcək - TENDER NƏTİCƏSİ
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
Yenimeydan.info xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 24 may 2023-cü il tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən “DDlar İnşaat” QSC və “Araz İnşaatçı”MMC konsorsium, “Hovers Group” MMC, “Yar İnşaat Təmir-Tikinti” MMC ilə “Merkuri İnşaat” MMC konsorsiumu və “Amal Group” MMC qalib müəyyən edilib.
Həmin şirkətlərlə 10 310 542 manat məbləğində satınalma (podrat) müqavilələri bağlanıb.