13 iyul 2023
236

Azərbaycan neftinin qiyməti 84 dolları ötdü

  Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
YeniMeydan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.83 ABŞ dolları və ya 1% artaraq, 84.11 ABŞ dolları təşkil edib.
 
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 80,41 ABŞ dollarına satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.