11 iyul 2023
165
“Baxmutun itirilməsi ikinci “Priqojin qiyamı” olacaq” – “Kadırovçular Putini xilas etməyəcəklər”
“Baxmutun işğaldan azad edilməsi Putin rejiminə böyük zərbə olacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Xarici Əks-kəşfiyyat Xidmətinin sabiq başçısı, general Nikolay Malomuj Ukrayna mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, hazırda Baxmut ətrafında qızğın döyüşlər gedir və Ukrayna ordusu ciddi uğurlar qazanmaqda davam edir.
Malomuj bildirib ki, Baxmut şəhəri artıq daha çox hərbi yox, hərbi-siyasi əhəmiyyət kəsb edir: “Bu gün Baxmutun itirilməsi Rusiya üçün növbəti “Priqojin qiyamı” olacaq. Sadəcə, bu qiyam döyüş meydanında baş verəcək. Bu, konkret məğlubiyyət demək olacaq”.
General qeyd edib ki, Baxmutun Putin rejimi üçün böyük siyasi önəmi var və onun itirilməsi Rusiya qoşunlarının mənəv-psixoloji durumuna, eləcə də Kremlə böyük zərbə vuracaq.
Malomuj bildirib ki, artıq Baxmut yarı-mühasirədədir və bunu görən Rusiya rəhbərliyi həmin istiqamətə yeni qüvvələr atmağa çalışır. Bu sıraya “kadırovçular” da daxildir. Lakin ukraynalı general hesab edir ki, “kadırovçular” Putini və Baxmutu xilas edə bilməyəcəklər: “Onları indi Baxmuta atırlar ki, bu istiqaməti “xilas etsinlər”. Ancaq heç nə alınmayacaq və digərləri kimi onlar da məhv ediləcəklər. Biz hazırda irəliləyirik”.
Malomuj bildirib ki, “kadırovçular” döyüş meydanında yox, sifarişli qətllərdə və fərarilik edən rus hərbçilərinə qarşı cəza dəstləri kimi fəaliyyət göstərməkdə bacarıqlıdırlar.
Qeyd edək ki, Ukrayna mətbuatının yazdığına görə, ötən gün Baxmut istiqamətinə göndərilən “kadırovçular”ın bir qrupu şəhərə çatmamış məhv edilib. Onlarla çeçen döyüşçünün məhv edildiyi və xeyli sayda fərarinin olduğu barədə məlumatlar verilir.

Oxşar Xəbərlər: