10 iyul 2023
148
Rus ordusunda üsyan: döyüşdən imtina edildi...
Primorsk diyarından, Kamçatkadan və Saxalindən səfərbər edilmiş rusların qohumları Rusiya Müdafiə Nazirliyi, eləcə də rayon rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, onların qohumları, yəni 60-cı əlahiddə motoatıcı briqadanın hərbçiləri ön cəbhədə döyüşməkdən imtina etdiklərinə görə əvvəlcə bir neçə gün yeməksiz və susuz həbsdə saxlanılıb, sonra isə naməlum istiqamətə aparılıblar. Yenimeydan.info xəbər verir ki, bu barədə “Sibir.Realii” məlumat yayıb.
Məlumata görə, hazırda onlarla əlaqə yoxdur. Sübut kimi əsgərlərin yaxınları zirzəmidə bir neçə nəfərin olduğu video yayıblar. Şikayətçilər iddia edirlər ki, komandanlıq səfərbər olunanları “geri dönməyəcəkləri bir hücum”a apardacağını vəd edib. Hərbçilərin yaxınlarının sözlərinə görə, əsgərlər hərbi hissədə olduqları on ay ərzində lazımi hazırlıq keçməyiblər.

Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT