01 iyun 2023
64
Ukraynanın əks-hücumu artıq başlayıb - İsrail zabiti
![]() ![]() ![]() ![]() |

Yenimeydan.info xəbər verir ki, bu barədə İsrail ordusunun istefada olan kapitanı Qriqori Tamar deyib.
O bildirib ki, cəbhənin müxtəlif məntəqələrində diversiya fəaliyyəti və dronların əməliyyatı əks-hücumun göstəricisidir.
Onun sözlərinə görə, uğurlu əks-hücum üçün əsas şərtlərdən biri düşmənin havada üstünlüyünü zərərsizləşdirməyə qadir müasir hava hücumundan müdafiə sistemlərinin olmasıdır:
“Düşməni məğlub etmək üçün uzunmənzilli sistemlər vacibdir ki, 300-500 kilometr məsafədə rusların arxa cəbhəsini nəzarətə götürməyə imkan versin”.
Q.Tamar həmçinin Ukrayna ordusunun əsasən texniki səbəblərdən qısa zamanda F-16 qırıcıları əldə etməyəcəyini və bunun əks-hücuma mane yaratmayacağını qeyd edib.

Oxşar Xəbərlər:

ABŞ Ukraynaya 50 ədəd F-16-ya bərabər sistem verdi

Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?

Bakıya silahlı hücum - DİN darmadağın etdi

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat